“Mingəçevir Gənclərin Debat Forumu:Yaz 2022” uğurla yekunlaşdı

21 Baxış

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (The Ministry of Youth and Sport of the Republic of Azerbaijan) və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Yaz 2022” layihəsi çərçivəsində Mingəçevir Regional Debat Mərkəzinin təşkilatçılığı, Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə reallaşan“Mingəçevir Gənclərin Debat Forumu:Yaz 2022” uğurla yekunlaşdı.

Turanmedia.az xəbər verir ki, forumun ilk günü 9 komandasnın iştirakı ilə finala qədər olan mərhələlər yekunlaşdı. Yarımfinala vəsiqə qazanan: “Qarabağ” (Mingəçevir Dövlət Univeristeti DK) – “Zəfər” (Mingəçevir Tibb Kolleci DK ) və “Ağdam” (Mingəçevir Dövlət Univeristeti DK)- “Diplomatlar” (Mingəçevir Turizm Kolleci DK ) komandalar arasında keçirilən debat raundlarında daha uğurla çıxış edən “Qarabağ” və “Ağdam” komandaları finala vəsiqə qazandılar. “Final Mükafatlandırma və Bağlanış Mərasimi”də daha uğurla çıxış edən “Ağdam” komandası “Mingəçevir Gənclərin Debat Forumu:Yaz 2022”in qalibi adına laiq görülərək,keçiriləcək “Respublika Gənclər Regional Debat Forumu:Yaz 2022”də Mingəçeviri təmsil etmək hüququna sahib oldu. “Final, mükafatlandırma və bağlanış mərasimi”də açılış nitqi ilə çıxış edən Mingəçevir Dövlət Universitetinin Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov debatların gənclərin inkişafında mütəsna rol oynadığınından danışdı,bundan sonrada Mingəçevirdə debatın inkişafı üçün hər zaman dəstək olacaqlarını bildiridi. Daha sonra çıxış edən Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Mingəçevir Regional Debat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək,ölkədə aparılan gənclər siyasətindən, gəncələrə göstərilən diqqət və qayğıdan söhbət açdı. Tədbirin gedişində çıxış edən Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev debatların gənclərin inkişafında mütəsna rol oynadığınından danışdı,bundan sonrada Mingəçevirdə debatın inkişafı üçün Gənclər Evi olaraq hər zaman dəstək olacaqlarını bildiridi. Sonda çıxış edən Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə Milli Debat Proqramının fəaliyyətindən,gördüyü işlərdən,qazandığı uğurlardan danışaraq ictimai fəaliyyətin və xüsusi ilə debatların gənclərin inkişafında əvəzsiz rol oynadığını qeyd etdi. Forumun “Ən yaxşı natiqi” Leyla Manaflı, “Ən yaxşı məşqçisi” Şahlar Mirzaliyev, “Ən yaxşı hakimi” isə Ənvər Şükürov elan olundu. Sonda qalib komandaya kubok və medal,ən yaxşı natiqlərə medal,bütün iştirakçılara sertifikat verildi. Bütün debatçılarımızı təbrik edir “Ağdam” komandasına Respublika finalında uğurlar arzulayırıq. Qeyd edək ki, “Respublika Gənclər Debat Forumu: Yaz 2022” layihəsi Gənclər və İdman Nazirliyi (The Ministry of Youth and Sport of the Republic of Azerbaijan) və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilir.