Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kafedra müdiri: “Universitetdə müəllimin tutuquşudan fərqi olmayacaq”

102 Baxış
“Xarici ölkələrdə yüksək keyfiyyətli təhsil alan gənc müəllimlər ölkəmizdə fəaliyyət göstərmək üçün geri qayıdırlar. Biz onlara akademik karyera vəd edərək universitetə cəlb edirik. Lakin cəmi bir il işlədikdən sonra heç nəyin onların təhsil aldıqları ali məktəblərdəki kimi olmadığını görüb, uzaqlaşırlar”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən Bakı Mühəndislik Universitetinin kafedra müdiri Şəhriyar Muxtarov deyib.

Onun sözlərinə görə, 550 saat yüklənən gənc müəllim həftədə minimum üç-dörd fərqli dərsə girirsə, o özü də hazırlaşmalıdır:

“Gənc, magistraturanı bitirən müəllimdir. İllərin təcrübəsi olmadığından, o özü də hazırlaşmalıdır. Bu müəllim qalır çıxılmaz vəziyyətdə və öz üzərində işləməyə vaxt tapmır. Dərs yükünün altında əzilib qalır. Universitetdə xaricdə təhsil alan müəllimə 550 saat üçün təklif edilən maaş əmək bazarından üçqat aşağıdır. Təbii olaraq müəllim də zəruri olaraq dolanışığını təmin etmək üçün kənardan əlavə dərslər götürür. Belə olan halda da müəllimin illik dərs yükü gəlir çatır təxminən 1000 saata.

Bu insan bu qədər saat çalışsa, nə tədqiqat aparacaq, nə də özünə zaman ayıra biləcək. Müəllim öz sahəsi üzrə yenilikləri öyrənməlidir. Hər gün yeni informasiyalar çıxır. Müəllim bunu izləyə bilməyəcəksə, tələbəyə kitabda yazılanlardan kənar informasiya verə bilməyəcəksə, burada keyfiyyətli tədrisdən söhbət gedə bilməz. Üzr istəyirəm, amma belə olan halda müəllimin tutuquşudan fərqi olmayacaq”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678