Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Onkoloji xəstəliklər icbari tibbi sığortaya salınmalıdır”

104 Baxış
“2021-ci ilin büdcəsi həmişəki kimi sosial və investisiya yönümlü olub”.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin müzakirəsi zamanı Səhiyyə Komitəsinin rəhbəri Əhliman Əmiraslanov bildirib.

O, qeyd edib ki, 2021-ci ildə dövlət büdcəsindən 1.4 milyard manat ayrılıb ki, bu da büdcənin 5 faizindən çoxdur.

Deputat qeyd edib ki, klinikalarda olan müasir tibb aparatları resursları bitib, bir sıra avadanıqlar sıradan çıxıb: “Bu istiqamətdə addımlar atılır. 2021-ci ilin büdcəsindən bu istiqamətdə vəsait ayrılıb və proses davam etdirilməlidir”.

Əhliman Əmiraslanov eyni zamanda vurğulayıb ki, İcbari Tibbi Sığortanın xidmətlər zərfinə bütün xəstəliklər daxil edilməlidir: “Əhali arasında tələfat verən bir çox xəstəliklər var ki, onlar xidmətlər zərfinə hələ daxil edilməyib. Bu xəstəliklərdən biri də onkologiya xəstəliyidir. Bu xəstəliyin müayinə və müalicəsi ilə bağlı dövlət proqramı var. Lakin onların adekvat müayinə və müalicəsi üçün bu gün imkanımız yoxdur. Hökmən onkoloji xəstəliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır.

Ümumiyyətlə mən hesab edirəm ki, ölkəmizdə bütün xəstəlikər icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Hər hansı bir xəstəlik, patalogiya sığortadan kənar qala bilməz. İnsanlar arasında ayrı-seçkilik edə bilmərik ki, bu qrup xəstələrdə xəstəlik icbari tibbi sığorta hesabına müalicə edilməlidir, digərləri isə özəl xəstəxanlarda öz hesabına müalicə oıunmalıdır”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678