Türkiyədə PCR test tələbi ləğv edildi

10 Baxış
Türkiyə iyunun 1-dən etibarən bütün sərhəd məntəqələri vasitəsilə ölkəyə daxil olmaq üçün PCR test tələbini ləğv edir.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

“Koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyəti qiymətləndirərkən, iyunun 1-dən etibarən bütün sərhəd məntəqələri vasitəsilə ölkəyə daxil olmaq üçün ölkəyə girişdən 72 saat əvvəl mənfi nəticə göstərən PCR testinin mənfi olması və ya ölkəyə daxil olduğu andan maksimum 48 saat ərzində sürətli antigen testinin mənfi olması barədə hesabat tələb olunmur”, – deyə məlumatda qeyd edilir.