Ərdoğan 25 ölkədəki səfiri DƏYİŞDİ – SİYAHI

11 Baxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya üzv olmaq üçün müraciət etmiş İsveç və Finlandiyadakı səfirləri dəyişib.

Turanmedia.az modern.az-a istinadən xəbər verir ki, bununla bağlı “Resmi gazete”nin məlumatında bildirilib.

Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün ərizəni NATO-nun baş katibinə təqdim edib. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri ilə münasibətlərə dair verdiyi vədlərə inana bilmir.

“Resmi gazete”nin xəbərinə görə, Ərdoğan 25 ölkədə yeni səfir təyinatına imza atıb, 23 ölkədəki səfiri geri çağırıb.

Prezidentin sərəncamları ilə NATO-ya üzvlük üçün müraciət edən və Ankara ilə fikir ayrılığı olan İsveç və Finlandiyadakı səfirlər də dəyişdirilib.

Belə ki, beynəlxalq tanıtım və mədəniyyət üzrə baş menecer vəzifəsində çalışmış Dəniz Çakar Finlandiyaya, Türkiyə Xarici İşlər Nazirliyində ikitərəfli siyasi məsələlər üzrə baş direktor vəzifəsində çalışmış Can Tezel isə İsveçə səfir təyin edilib.

Modern.az geri çağırılan və yeni təyin olunan səfirlərin siyahısını təqdim edir:

Geri çağırılanlar

BMT-nin Vyana Ofisi yanında daimi nümayəndə Əhməd Muhat Gün,
Burundi Respublikasındakı səfir Serap Ataay,
Finlandiya Respublikasındakı səfir Mehmet Vakur Erkul
Venesuela Respublikasındakı səfir Şevki Mütevellioğlu,
Boliviya Dövlətindəki səfir Şerife Serap Özçoşkun,
Macarıstandakı səfir Ahmet Akif Oktay,
Meksikadakı səfir Tahsin Timur Söylemez,
Küveyt Dövlətindəki səfir Ayşe Hilal Sayan Koytak,
Kolumbiya Respublikasındakı səfir Ece Öztürk,
Gürcüstan Respublikasındakı səfir Fatma Ceren Yazqan,
Ekvador Respublikasındakı səfir Hatice Oya Tunqa Çağlı,
Mavritaniyadakı səfir Mehmet Cem Kahyaoglu,
Danimarka Krallığındakı səfir Uğur Kenan İpek,
Albaniya Respublikasındakı səfir Murat Ahmet Yörük,
Mərakeş Krallığındakı səfir Əhməd Aydın Doğan,
Ekvatorial Qvineyadakı səfir Şebnem Cenk,
Latviya Respublikasındakı səfir Gülsun Erkul,
Nigerdəki səfir Mustafa Türker Arı,
Moldovadakı səfir Halil Gürol,
Pakistandakı səfir İhsan Mustafa Yurdakul,
Kamboca Krallığındakı səfir Ayda Ünlü,
İsveç Krallığındakı səfir Hakkı Emre Yunt,
Malayziyadakı səfir Merve Sefa Kavakçı.

Yeni təyin olunanlar

BMT-nin Vyana Ofisi yanında Daimi Nümayəndə Levent Eller,
Finlandiyaya səfir Deniz Çakar ,
Venesuelaya səfir Naci Aydın Karamanoğlu,
Boliviya Dövlətinə səfir Ertan Yalçın,
Macarıstana səfir Cavidan Gülşen Karanis Ekşioğlu,
Meksikaya səfir İlhan Kamal Tuğ,
Küveytə səfir Tuba Nur Sönməz,
Kolumbiyaya səfir Beste Pehlivan Sun,
Gürcüstana səfir Ali Kaan Orbay,
Ekvadora səfir Makbule Başak Yalçın,
Mavritaniya İslam Respublikasına səfir Akif Menevşe,
Salvadora səfir Gül Büyükerşen,
Danimarka Krallığına səfir Rıza Hakan Tekin,
Albaniyaya səfir Tayyar Kağan Atay,
Mərakeşə səfir Ömər Faruk Doğan,
Ekvatorial Qvineya Respublikasına səfir Adnan Keçeci,
Latviyaya səfir Şule Öztunç,
Niger Respublikasına səfir Özgür Çınar,
Estoniyaya səfir Başak Türkoğlu,
Moldovaya səfir Uyqar Mustafa Sertel,
Pakistana səfir Mehmet Paçacı,
Kamboca Krallığına səfir Ülkü Kocaefe,
Qvineya Bisau Respublikasına səfir Ali Sait Akın,
İveç Krallığına səfir Can Tezel,
Malayzayaya səfir Əmir Səlim Yüksel.