Şentop: Azərbaycanla birgə universitetin yaradılması vacibdir

12 Baxış
“Azərbaycan və Türkiyə arasında əlaqələrin təhsil və elm sahəsində də inkişaf etməsini dəstəkləyirik”.

Turanmedia.az modern.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ADA Universitetində keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində bildirib.

“Buna görə də iki ölkənin birgə universitetinin yaradılması vacibdir. İki ölkənin parlamenti Şuşa Bəyannaməsini təsdiq edib. Həmin sənəddə ölkələrimizin daha da yaxınlaşmağına şərait yaradacaq məqamlar var. Biz təhsil sahəsində əlaqəni bu bəyannamə ilə dəstəkləyirik. Belə universitetin hətta gələn tədris ilində fəaliyyətə başlamasını arzulayıram”, – deyə spiker vurğulayıb.