Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

General-Qubernator İlham Əliyevi təbrik etdi

111 Baxış
Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə bütün kanadalılar adından Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün yaxınlaşdığı bir vaxtda Kanada Azərbaycanla əlaqələrin genişlənməsindən məmnundur. Xalqlarımızın möhkəm əlaqələrinə və fəal Azərbaycan-Kanada cəmiyyətinə əsaslanan tərəfdaşlığımız qadınların səlahiyyətlərinin artırılması və ətraf mühitin mühafizəsi kimi ümumi maraq doğuran mühüm məsələlərin həllində beynəlxalq əməkdaşlığa sadiqliyimizlə daha da möhkəmlənib.

Ölkələrimizin öz vətəndaşları üçün daha yaxşı gələcək qurmağa çalışdığı bir vaxtda Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirəcəyinə ümid edir.

Bu əlamətdar gündə Kanada xalqı Azərbaycan xalqına, həmçinin Kanadada yaşayan bütün azərbaycanlılara qoşularaq ölkənizin Müstəqillik Gününü Sizinlə birlikdə qeyd edir. Bütün xalqınıza sülh və firavanlıq arzulayıram”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678