Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Hansısa boşluqların olması belə neqativ hallara gətirib çıxarır” – Ekspert sığınacaqdakı şiddətdən DANIŞDI

113 Baxış
Bakıda fəaliyyət göstərən sığınacaqların birində uşaqlara əzab verilməsi xəbəri cəmiyyətdə haqlı etirazlara və səs-küyə səbəb olub. Belə ki, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izləri aşkar olunub. Təəssüf ki, son dövrlərdə bəzi sığınacaqlarda belə neqativ halların şahidi oluruq. Sığınacaq açmaq çox çətin və məsuliyyətli işdir. Çünki əhalinin ən həssas qrupu ilə işləmək heç də asan məsələ deyil. Təəssüf ki, bəziləri sığınacağa pənah aparan insanlara qayğı göstərmək əvəzinə onların çarəsizliyindən və köməksizliyindən istifadə edərək özünü diktator kimi aparır.

Maraqlıdır, təsadüfi şəxslərin sığınacaq açması nə dərəcədə doğrudur? Belə halların qarşısı necə alınmalıdır?

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan “Təmiz Dünya” ictimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib ki, nəzarət mexanizmi var: “Əslində Məişət Zorakılığı Haqda Qanunda sığınacaqların açılması tövsiyə olunur. Beynəlxalq konvensiyalarda da həssas vəziyyətdə olan insanların təhlükəsizliyinin təmin edilməsi məqsədəuyğun sayılır. Milli Fəlaiyyət Planında akreditasiya məsələsi yer alır. Məişət Zorakılığı Haqqında Qanunda konkret olaraq göstərilir ki, bu sahədə çalışan təşkilatlar akreditasiyadan keçməlidir. Akreditasiyaya müraciət etdikdən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin monitorinq qrupunun nümayəndələri gəlir və baxış keçirir. Bu yaxınlarda bir təşkilat müraciət etmişdi. Baxış zamanı bəzi çatışmazlıqlar aşkar olundu və qəbul edilmədi. Yəni tənzimlənmə var”.

M.Zeynalovanın fikrincə, Azərbaycanda sığınacaqlara ehtiyac var: “Lakin uşaqlarla bağlı Nazirlər Kabinetinin qərarı mövcuddur. Sənəddə müvafiq tələblər var. Ola bilsin ki, baş verən hadisədə sənədləşmə işində bəzi problem olub. Lakin bu o demək deyil ki, bütün sığınacaqlar nəzarətsiz qalıb. Bu gün Azərbaycanda sığınacaqlara ehtiyac var. Bu mənada kiminsə sığınacaq açmağı müsbət haldır. Lakin gərək o sığınacağa yaxşı təcrübəli mütəxəssislər cəlb olunsun. Orada qanunların tələbi mütləq şəkildə icra edilməlidir. Hansısa boşluqların olması belə neqativ hallara gətirib çıxarır”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678