Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşgüzar xanımlar

123 Baxış

Turanmedia.az Mega Scool Tədris Mərkəzinin rəhbəri Aytən Cəfərlinin Djb.az-a verdiyi müsahibəni təqdim edir:

Aytən xanım xoş gördük sizi. Bu gün sizinlə işgüzar bir xanım olaraq cəmiyyətimizdəki xanımların iş sahibi olmasından, öz ayaqları üzərində durması və öz üzərində inkişafdan söhbət edəcəyik.

1. Çağımızın belə bir ifadəsi var : işgüzarlıq, öz ayaqları üstə durmaq, sahibkar xanımlar və.s. İşgüzar xanım deyəndə nələr nəzərdə tutulur?
– İşgüzar xanım özgüvəni olmaq,öz maddi imkanlarını həyata keçirən,toplumda öz sözünü deyə bilməkdir. Qadın uğur deməkdir,qadın güc deməkdir. Yetər ki,biz doğru addım ataq.

2. Siz öz ayaqları üzərində duran öz işini qurmuş bir xanım olaraq nə zamandan iş həyatındasınız?
– Mən artıq 10 ilə yaxındır ki,işləyirəm. Həm pedaqoq,həm də tədris mərkəzinin idarəçiliyi üzrə çalışmışam. Amma 3 ildir ki,öz işimi qurub bu istiqamətdə daha da inkişaf etmək,uğurlar əldə etmək üçün çalışıram.

3. Sizcə bu gün xanımlar öz üzərində inkişafda hansı səviyyədədirlər müsbət və mənfi tərəflər.
– Müasir dövrümüzdə cəmiyyətin daha yaxşı inkişaf etməsi  tək güclü cinsin nümayəndələri üçün deyil,həmçinin zərif cinsin nümayəndələrinə də ictimai fəallıq üçün yaradılan şəraitdən asılıdır. Bu səbəbdən hər bir xanım təhsil almalı,öz şəxsi inkişafı üçün daima axtarışda olmalıdır. Mən deyərdim ki,bu gün xanımlarımız artıq öz haqqlarını çox yaxşı bilir və inkişaf baxımdan artıq bir çox qoyulan qırmızı xətti,qadağaları keçib. Amma hələ də əskiklər çoxdur,hələ də bəzi xanımlar özlərini bu cəmiyyətdə tam görə bilmir. Bəzi xanımlar hansı sahədə uğur qazana biləcəklərini bilmir,cəsarətli addımlar atmaqdan çəkinirlər. Həmçinin ailədən qaynaqlanan basqılar,qadağalar,yaşadıqları uğursuzluqlar xanımları bizdən qoparır. Bu kimi mənfi halların azalması üçün cəmiyyət olaraq köklü dəyişmək lazımdır.

4. Öz təcrübə bilgi və müşahidələrinizə əsasən işgüzarlıq etikasına nələr daxildir ( geyim mədəniyyəti, intelektual səviyyə, davranış)
– Necə ki,hər hansı bir ortamda olduqda orada istəyirik geyimimizlə,davranışımızla öz mədəniyyətimizi qoruyaq,eynən bu,iş həyatında da keçərlidir. İş mədəniyyəti güclü olduğumuz sahədə uğur qazanmağımıza kömək edən amillərdən biridir. Uğurlu insanın obrazı getdiyi tədbirdə,iş yerində geyindiyi səliqəli,dəbli geyimdir.İstər xanım,istərsə də bəy hər zaman geyimi doğru şəkildə daşımalı və işimizin ciddiyyətini pozmamalıdır.Tək olduğumuz sahəyə uyğun yox,hər bir mövzuda kitablar,jurnallar oxumalı,maarifləndirici verilişlərə baxmalıyıq. Bu,bizim hər istiqamətdə inkişafımız deməkdir.

5. Siz bu yaxınlarda bir mükafat aldınız, bu barədə fikir və təssuratlarınız.
– Bəli,çox sağ olsunlar kanallarından birindən zəng edib məni iş xanımlarımız üçün keçirilən tədbirə dəvət etdilər. Həmin tədbirdə öz sahəsi üzrə çalışan hər bir xanıma mükafat verildi və mən də “Mega School” Tədris Mərkəzinin kollektivi adından mükafatımı aldım. Çünki işdə əldə edilən uğur “mən” yox “biz “deyərək olur. Bu həmçinin bu gün xanımlarımıza göstərilən qayğı və diqqətdir. İnşAllah belə tədbirlərimiz,bu sahədə görülən işlər daha da çox olsun.

6.Sizcə butün xanımlar öz ayaqları üstə durmalıdırmı?
– Əlbəttə. Ali təhsil və yaxud orta təhsil,bunun heç bir önəmi yoxdur. Qazanc əldə etmək,gələcəyi üçün bir sərmayə yaratmaq,öz yaşamını daha da yaxşı etmək hər kəsin haqqıdır. Xanımlar işlədiyi zaman həm öz güvənləri artır,həm də asılılıq duyğusundan azad olurlar.

2019-cu ildən fəaliyyət göstərir. Xidmətlərimizə daxildir: erkən inkişaf,məktəbəqədər, loqoped və psixoloq xidməti,dil kursları,rəqs,gimnastika və s.idman növləri fəaliyyət göstətir

7.Gələcək planlarınız
– Planlar,arzular çoxdur. Hər birini zamanı gəldikcə Allahın köməkliyi ilə həyata keçirdəcəm. Amma ən böyük arzum,məqsədim mərkəzimin tanınmağı,filiallarını açmaqdır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678