Zod yatağının neçə faizi Azərbaycandadır? – Rəsmi

10 Baxış

Kəlbəcərin Zod qızıl yatağının 76 faizi Azərbaycanda, 24 faizi isə Ermənistan ərazisindədir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O qeyd edib ki, yatağın ilkin qiymətləndirilmiş resurs ehtiyatı 112 ton qızıl olub:

“Yəqin ki, gələcəkdə ehtiyaların yenidən qiymətləndirilməsi mümkündür. İşğal dövründə yataq ciddi istismar edilib”.