Azərbaycan ədəbiyyatının öncülləri Mingəçevirə gəldi

350 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevirdə təbiət qoynunda yaradıcı insanlarla görüş keçirilib. Görüş Mingəçevir şəhərinin yaşıllığı ilə göz oxşayan “Dostluq parkı” da Bərdə Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə keçirilib. Görüşün keçirilməsində məqsəd yaradıcı insanlarla bir araya gətirmək və potensiallı gənclərin üzə çıxmasında atılan bir addım idi. Qeyd edək ki, Bərdə Regional Mədəniyyət İdarəsi yaradcı gənclərlə növbəti tədbirini Mingəçevirdə keçirib. Keçirilən tədbirlə bağlı saytımıza müsahibə verən regional idarənin rəisi Vəsilə Möhsümova bildirb ki,burdakı yaradıcı gənclər müxtəlif sferaları əhatə edir:” Bu tədbiri məhz ona görə Mingəçevirdə təşkil etmişik ki, Mingəçevir mədəni dəyərləri , elita təbəqəsi ilə seçilən bir şəhərdir. Bu gün çox maraqlı musiqili ədəbi bir görüş oldu. Hesab edirəm ki,bu görüşlər bir ənənə halını almalıdır. Onu da qeyd edim ki,biz qeyri –rəsmi formatda yaradıcı insanların görüşlərini mütamadi şəkildə keçirməliyik . Nəyə görə qeyri-rəsmi formatda çünki yaradıcı insanlar rəsmi formatdan daim uzaq olurlar.Onlar xüsusilə təbiətin qoynunda olmağı üstün tutrlar ,biz də onların xahişini nəzərə alaraq təbiətin bu gözəl yaşıllığında bu tədbiri keçirdik. İnaıram ki,bu görüşdən hər kəs zövq aldı.

Görüşə qatılan şairlərin şeirləri dinlənilib. Mingəçevirin musiqiçiləri rəngarəng musiqilərlə tədbirə rəngarənglik qatıblar. Gənc rəssamların çəkdikləri rəsmlər göz oxşayıb. Söz əmanətdir deyən 20 kitabın müəllifi,Oğuz rayonundan gəlmiş şairə Elza Rəşad (Gülməmmədova) bildirdi ki, şair olmaq ürəyini aypara edib şeir yazan Nizaminin övladı olmaqdır:” Məndə artıq 20-ci kitabımın üzərində işləyirəm, 3 elzanamə trilogiyanın və Oğuz deyimləri trilogiyalarının müəllifiyəm. Belə tədbirlərin keçirilməsi bizim üçün çox xoş oldu.Arzulayırıq ki,belə tədbirlər bütün regionlarda keçirilsin ,söz əmanətdir onu gələcək nəsillərə çatdırmaq biz şairlərin üzərinə düşür”.

 

Esmira Hidayətova,Mingəçevir