Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bərdə Regional Mədəniyyət İdarəsinin və Müdafiə nazirliyinin birgə təşkilatçılığı ilə “N” saylı hərbi hissədə konsert proqramı təşkil edilib.

228 Baxış

Turanmedia.az xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə Azərbaycan ordusunun şəxsi heyəti qarşısında konsert proqramı təşkil edilib.
Tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu vurğulamışdır. Qeyd edib ki, 30 ildən sonra işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qəhrəmanlığı sayəsində mənfur düşməndən azad edilmişdir. Bugün düşməndən azad edilmiş torpaqlarda hərbiçilərlə görüşlər keçirmək və onlara mədəni xidmət göstərmək bizlər üçün çox qürurverici bir hisdir. Müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri zənginləşmiş və çoxşaxəli olmuşdur. Belə ki, son illərdə mədəniyyətimizdə həm milli irsin qorunub saxlanılması, həm də onun dünya mədəniyyətinə inteqrasiya edilməsində böyük işlər görülmüş, bu sahədə respublikamızda bir çox dövlət proqramları hazırlanmış və çoxsaylı tədbirlər həyata keçirilmişdir. O, vurğulayıb ki, hərbiçilərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin mədəni irsimizin təbliğ edilməsi, tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə mütəmadi olaraq regional idarənin tabeliyində olan mədəniyyət müəssisələri tərəfindən hərbi hissələrdə tədbir və konsert proqamları təşkil edilir.
Hərbi vətənpərvərlik ab-havasının hakim kəsildiyi tədbirdə əsgərlərimizin və qonaqlarımızın zövqünü oxşayan rəngarəng musiqi nömrələri alqışlarla qarşılanıb.
Tədbirin sonunda hərbi qulluqçulara müxtəlif hədiyyələr təqdim olunub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678