Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan Efes-2022-i hərbi təlimlərini izləyəcək

110 Baxış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq hərbi təlimlərinin İzmirdə keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”nün iyunun 9-da olacaq hissəsində prosesi izləyəcək.

Turanmedia.az Publika.az-a istinadən xəbər verir ki, məlumatı “Efes-2022” təlimlərinin mətbuat mərkəzi yayıb.

Türkiyənin dövlət başçısının Azərbaycanın da iştirakı ilə keçirilən təlimlər çərçivəsində nitq söyləyəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, təlimlər sabah başa çatacaq. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678