Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Monitorinqin nəticələri təhsildə nələri dəyişəcək? – EKSPERTLƏ MÜSAHİBƏ

123 Baxış
Təhsil Nazirliyi 2022-ci il iyunun 7-də ölkənin bütün dövlət ümumtəhsil məktəblərində ibtidai təhsil mərhələsini başa vurmuş şagirdlər arasında monitorinq keçirdi. Monitorinqdə şagirdlər riyaziyyat və təhsil dili fənləri üzrə hazırlanmış qapalı test tapşırıqlarına 2 saat ərzində cavab verdilər.

Turanmedia.az xəbər verir ki, konkret.az bu məsələ ilə bağlı məktəb psixoloqu Famil Səfərovdan müsahibə alıb:

Bir təhsil psixoloqu kimi bu tipli monitorinqlərin keçirilməsinə necə baxırsız?

– Psixoloq kimi çalışdığım məktəbdə manitorinq öncəsi siniflərə baş çəkdim, şagirdlərə imtahan həyacanını aradan qaldırmaq və test tapşırıqlarını həll etmə ardıcıllığı barədə müvafiq tövsiyyələrimi verdim. Monitorinqin keçirilmə qaydası, hazırlanmış test tapşırıqları, monitorinq aparmağa göndərilmiş məsul şəxslərin prosesi peşəkarlıqla həyata keçirmələri məni əmin etdi ki, bu tədbirdə qarşıya qoyulan məqsəd uğurla yerinə yetiriləcək.

Monitorinqdən gözləntiləriniz nədir?

– Güman edirəm ki, bu monitorinq bütün ölkə ərazisində belə obyektivliklə keçiriləcək. Onun nəticələri Azərbaycanda yeni təhsil konsepsiyasının seçilib hazırlanmasına, təhsilimizin gələcək inkişaf yollarını və strateji hədəflərini düzgün müəyyən etməsinə yardım göstərəcək.

Sizcə indi biz ibtidai təhsili necə qurmalıyıq? Əsas səhvləri nə zaman buraxırıq?

– Uzun illər mətbuatdakı yazılarımızda və Təhsil Nazirliyinə ünvanladığımız müraciətlərdə ölkə təhsilinin başlıca problemlərinin ibtidai təhsil mərhələsindən başladığını qeyd etmişik. Biz birdəfəlik anlamalıyıq ki, indi məktəbə gələn uşaq fiziki, əqli və psixi göstəricilərinə görə 10-15 il əvvəlki uşaqdan tamam fərqlidir. Onların əksəriyyətində inkişaf geriliyi, əqli və psixi inkişaf gecikmələri müşahidə olunur. Bunlar bir yana qalsın, hər il xeyli sayda müxtəlif patalogiyalı uşaqlar müvafiq orqanların məsuliyyətsizliyi ucbatından ümumi siniflərə buraxılır. Bütün bunlara hədsiz yüklənmiş tədris proqramını və hazırda siniflərdəki aşırı şagird sıxlığını da əlavə etsək, məktəb həyatına başladığı ilk gündən bu 6 yaşlı körpələri nələr gözlədiyini təsəvvür etmək elə də çətin olmaz. Məktəbdə çalışdığım illərin müşahidəsi göstərir ki, hər sinifdə bir neçə belə inkişaf gerilikli və ya bircə nəfər patalogiyalı uşağın olması kifayət edir ki, hətta ən təcrübəli müəllim belə dərsin təşkilində və tədris proqramının mənimsədilməsində daimi çətinliklərlə üzləşsin. Uşaqlarda isə təhsilin elə ilkin mərhələlərindən xroniki geriqalmalar, diqqət pozğunluğu və hiperaktivlik sindromu müşahidə edilməyə başlayır.

Famil Səfərov: “Hüquqi bazası, planı, proqramı olmayan distant təhsili tətbiq etməyə çalışırıq”

Bəs digər ölkələrdə bu problemlər öz həllini necə tapır?

– Bütün normal təhsil sistemi qurulmuş ölkələrdə bu tipli problemlər əvvəlcədən operativ surətdə öz həllini tapır. Patalogiyalı uşaqlar tibbi-pedoqoji-psixoloji Komissiyalar tərəfindən çox ciddi qaydada yoxlanılır və onlar fərdi təhsilə, ləngimələri olan uşaqlar isə korreksiya sinifinə yönləndirilir. Bu uşaqların təhsili ilə korreksion pedoqoqlar, psixoloqlar və digər mütəxəssislər məşğul olur. Dərs ilinin sonunda korreksiya siniflərini bitirmiş şagirdlər ümumi təhsil üçün xüsusi rəy alırsa, o yeni dərs ilindən artıq 1-ci sinifə gedir. Onu da deyim ki, bu ölkələrdə təhsil sistemində psixoloji xidmət işinə çox ciddi yanaşılır və elə təhsilin ibtidai, orta və tam pillələrində şagirdərlə ayrı-ayrı psixoloqlar işləyirlər.

Sizcə bu tipli manitorinqlər təhsildə nəyi dəyişə bilər?

– Ümid edək ki, ibtidai təhsil mərhələsini başa vuran şagirdlərin bu manitorinqinin nəticələrinin analizi göstərəcək ki, ölkədə təhsil siyasətinə yenidən baxılmalıdır və təhsil sistemində əsaslı dəyişikliklər etmək zamanı çoxdan yetişib.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678