Seçki bu tarixdə keçiriləcək, namizəd özüməm!

8 Baxış
Türkiyədə prezident seçkiləri gələn il iyunun ortalarında keçiriləcək. Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğandır.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İzmirdə keçirilən toplantısında səsləndirib.

“Hər zaman dediyim kimi, biz kimin nə dediyinə və nə etdiyinə deyil, öz işimizə baxırıq. Bizim işimiz ölkəmiz və millətimizə xidmət etməkdir. Türkiyənin 81 vilayətinin hər qarışını və 85 milyon vətəndaşımızın həyatını müsbət istiqamətdə dəyişməyə və inkişaf etdirməyə davam edirik”, – deyə Ərdoğan bildirib.