Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağa qayıdışla bağlı açıqlama: “Hazırda bu işlər gedir”

108 Baxış
Qaçqın və köçkünlərin Qarabağa qayıdış prosesi gedir. Bu prosesin əsas istiqamətlərindən biri onların məşğulluğunun təmin olunmasıdır.

Turanmedia.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib. O bildirib ki, hazırda bu proses digər orqanlarla əməkdaşlıq çərçivəsində aparılır:

“İlk növbədə Ağalı, Dövlətyarlı kəndlərində şəhid ailə üzvləri, qazilər və köçkünlərin işlə təmin olunması kateqoriyalarına baxılır. Qarabağda bu gün yaradılmış iş imkanlarından da ilk növbədə məcburi köçkünlərin və qazilərin istifadəsi üstünlük təşkil edir”.

“Hazırda “Qarabağda iş” adlı layihə hazırlanır. Mövcud resurslar çərçivəsində proses aparılır və bunun platforma hazırlanır”, – deyə qurum rəhbəri əlavə edib. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678