Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şamaxıda qəzaya düşənlər 279 saylı məktəbin müəllim və şagirdləridir

117 Baxış

“Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidməti Bəşarət Məmmədov “Facebook” səhifəsində qeyd edib.

Bildirib ki, ilkin məlumata görə, ağır xəsarət alan yoxdur.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilir. Allah şəfa versin!”,- deyə paylaşımda bildirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678