Əlövsət Qasımov: Fəaliyyətimin ideya İlhamçısı Heydər Əliyev olmuşdur

56 Baxış

Onun haqqında çox eşitmişdim, general Əli bəy deyə müraciət olunan Əlövsət Qasımov 1989-cu ildən 1996-cı ilə qədər Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Əlövsət Qasımovla birlikdə 4 qardaşı işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vətənin keşiyində iştirak etmişdirlər. 1991-ci ilin ağır günlərində qərara alır ki, Naxçıvan MR-nın Ali Məclisinin sədri Heydər Əliyevlə görüşün. Həmin dövrdə maneələrə və çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyevlə görüşü baş tutur. Dahi Şəxsiyyət Heydər Əliyev ona müəyyən tövsiyyələr verir. Əlövsət Qasımov həmin tövsiyyələrə əməl etməklə yanaşı bu günə kimi onun məsləhətlərinə əməl edir. 1991-ci ildən 1996-cı ilə qədər məhv edilmiş erməni vandallarınín şəhidlərimizin üzərindən etdikləri vəhşilikləri sənədləşdirərək fotoşəkil qismində bu günümüzə çatmasını təmin edib. O, topladığı 1017 avtomat silahı rəsmi sənədlərlə Ordumuza təhvil verir. Heydər Əliyevin 1978-ci ildə Tərtər rayonunda tikdirdiyi Elektromexanika zavodunun aqibəti barədə xüsusi tapşırıqlarını yerinə yetirir, həmin zavodda lazımı işlərin görulməsində fəal iştirak edir. 39 ton müxtəlif növlü nəqliyyat yanacağı alıb, hərbi hissəyə rəsmi sənədlə təhvil verir. 938 naməlum şəhid nəşini aşkar edib ailələrinə göndərilməsini təmin edir. Əlövsət Qasımov həmçinin, 38 hərbi cinayətin üstünü açmışdir.
Sonda onu da Ə.Qasimov vətənpərvərlik fəaliyyətinin ideya ilhamçısı Ümummilli liderimiz Heydər Əliyev oldugunu bildirdi. O, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün 19 ildir ki, tədris müəssisələrində sərgilər təşkil edir. Eyni zamanda Türkiyənin İstanbul, İzmir və İğdır şəhərlərində hər il Qarabağ həqiqətlərinə həsr olunan sərgi təşkil edir Müharibə mövzusunda 3 kitab müəllifidi : “Erməni vandalizmi”, “Müharibənin canlı ensiklopediyası”, “Şahid şəhidlər haqqında”. Onun barəmsində 6 kitab nəşr olunub. Əlövsət Qasımovun cəkdiyi erməni vəhşiliklərinə məruz qalmış 950 şəhidin foto- şəkillərindən, sənədlərindən, onlara məxsus əşyalardan, məktublarından ibarət təşkilatın nəzdində Şəhidlər Muzeyi yaradılıb. 2007-ci ildə “Həqiqət” tarixi araşdırmalar İctimai Birliyini təsis edib və hal- hazırda sədridi. Əlövsət Qasımovun qardaşı 24. 03. 2017 ci ildə Ziyafət Qasımov Qarabağ döyuşlərində ürəyindən aldığı askol yarasından dunyasını dəyişib həyat yoldaşı isə xərcənk xəsdəliyindən dunyasını dəyişmişdi Qardaşının bir oğlu var 9 yaşlı Eşqin Qasımov Ziyafət oğlu atasız anasız qalmış Əlövsət Qasımovun himayəsindədir. Əlövsət Qasımov Suraxanı rayon Yeni Günəşli qəsəbəsində 267 saylı uşaq baxcasında 22 ildir ki, ailəsi ilə birlikdə yaşıyır. Bir sözlə, Əlövsət Qasımovun xidmətlərindən danışmaqla qurtaran deyil. Bu insan əsl vətənpərvərdir. Qəhrəmanlıqdan yüz dəfə yüksək ada layiqdir.

Djb.az
Pərvanə Salmanqızı