Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı yollarındakı son vəziyyət açıqlanıb

110 Baxış
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb.

Turanmedia.az olke.az-a istinadən Mərkəzin məlumatını təqdim edir:

1. Ziya Bünyadov prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

2. Alı Mustafayev küçəsində – əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

3. Dilarə Əliyeva küçəsində Puşkin küçəsi ilə kəsişmədən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər olan hissəsində və Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyə qədər, Rəşid Behbudov küçəsi istiqamətində sıxlıq

4. Heydər Əliyev prospekti – kənar yolda,Əliyar Əliyev küçəsi ilə kəsişmədən,Bağırov körpüsünün üzərinə sol tərəfdən dönən yola qədər,Koroğlu metro stansiyası istiqamətində sıxlıq

5. Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən, Üzeyir Hacıbəyli küçəsi ilə Cavanşir körpüsünün üzərinə doğru sıxlıq

6. Xətai prospektinin Nemət Quliyev küçəsi ilə kəsişməsindən, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində sıxlıq

7. Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Gülarə Qədirbəyova küçəsi istiqamətində və Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

8. Şəmsi Bədəlbəyli küçəsinin, Mirzəağa Əliyev küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

9. Abbasqulu ağa Bakıxanov küçəsində, Murtuza Muxtarov küçəsi ilə kəsişmədən, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq

10. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

11. Binəqədi şosesində, əsasən Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq

12. Səməd Vurğun küçəsində Zabitlər parkının yanından, Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişmə olan hissəsinə qədər, Yusif Vəzir Çəmənzəminli küçəsi istiqamətində sıxlıq

13. Babək prospektində Yusif Səfərov küçəsi istiqamnətindən, Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməyə qədər – kənar yolda sıxlıq müşahidə olunur. Səbəb isə, Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədə yol – nəqliyyat hadisəsidir.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678