Tofiq Yaqublunun erməni tankları ilə bağlı paylaşımı müzakirələrə səbəb oldu

6 Baxış

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun sosial şəbəkə hesabındakı paylaşımı müzakirələrə səbəb olub.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, T. Yaqublu paylaşımında Hərbi Qənimətlər Parkında tətbiq edilən qadağadan bəhs edib.

“Hərbi Qənimətlər Parkında uşaqlara düşmən tanklarının üstünə çıxmağa imkan vermirlər? Niyə? Tank zirehlidir, onu hələm-hələm hər silahla məhv etmək olmur. Uşaqlar (lap elə böyüklər də) tankın üstə çıxsalar hər mərminin zədələyə bilmədiyi tanka nə olacaq ki? Sanki lüks avtomobillərin sərgisidir, toxunmaq olmaz. Qəhrəman Azərbaycan əsgəri vətənin ərazi bütövlüyü ilə yanaşı, həm də onun uşaqlarının sevinci, xoşbəxtliyi uğrunda döyüşüb. Uşaqların sevincinə niyə mane olursunuz?”, – paylaşımda bildirilib.

Paylaşım sosial şəbəkə istifadəçiləri arasında müzakirə olunub. Şərh bölməsində T. Yaqublunun bu fikri ilə razılaşanlar da, tənqid edənlər də olub.