DİN-dən “Son zəng”lə bağlı valideyn və məzunlara müraciət
8 Baxış

Daxili İşlər Nazirliyi “Son zəng”lə bağlı valideyn və məzunlara müraciət edib.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.
Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir”.