Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İntihar həddinə çatdığını deyən işçi rəisdən polisə şikayət etdi

112 Baxış
Bakı sakini işlədiyi yerdə idarə rəisinin onu intihar həddinə çatdırması ilə bağlı polisə müraciət edib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, DİN-in 102 xidmətinə zəng edən Heydər Əliyev Beynəlxalq Aeroportonun elektriki, 1987-ci il təvəllüdlü E.S. mart ayından etibarən idarə rəisinin onu incitdiyini bildirib. O qeyd edib ki, martın 1-də Rabitə İdarəsinin rəisi Y. O. ilə mübahisə etməsi və iş vaxtı yatmasına görə ona dəfələrlə raport yazdırılıb və cəza tədbirləri həyata keçirilib.

Bu səbəbdən intihar həddinə çatdığını bildirən aeroport əməkdaşı polisdən məsələyə müdaxilə etməsini xahiş edib.

Hava limanının Rabitə İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, E.S dəfələrlə işinə məsuliyyətsiz yanaşdığına görə intizam məsuliyyətinə cəlb edilib: “6 ay əvvəl o, işində yol verdiyi nöqsanlara görə aşağı vəzifəyə keçirilib. 3 ay əvvəl də yol verdiyi eyni nöqsana görə ona şiddətli töhmət elan edilib. Son olaraq 1 ay əvvəl və 10 gün əvvəl də aparılmış yoxlama zamanı onun iş yerində yatması, eləcə də uzanıqlı vəziyyətdə istirahət etməsi müəyyən edilib və müvafiq protokol tərtib edilib”.

Müraciətlə bağlı araşdırma aparılır.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678