Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Milli Qurtuluş Günü Mingəçevirdə möhtəşəm bayram konserti ilə yadda qalıb

123 Baxış

Mingəçevir şəhər İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniyyət İdarəsi təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Mingəçevirdə konsert proqramı təşkil olunub.

Turanmedia.az xəbər verir ki, tədbirdə şəhər rəhbərliyi, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və şəhər ziyalıları iştirak edib.
Çıxışlarda 1993-cü ilin iyununda respublikamızda baş verən ictimai-siyasi proseslərə geniş nəzər salınıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb. Vurğulanıb ki, müstəqil respublikamızın son illər əldə etdiyi uğurlar birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad edib, 30 illik işğala son qoyulub, üçrəngli bayrağımız doğma Qarabağda, Şuşada ucaldılıb.
Şəhər sakinlərinin və qonaqların maraqla izlədiyi konsertdə incəsənət ustaları bir-birindən maraqlı ifalarla çıxış ediblər.
Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678