Bərdə sakini qonşusunu öldürdükdən sonra özünü güllələyib

6 Baxış

Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra intihar edib.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində baş verib.

Kənd sakini 1963-cü il təvəllüdlü Hüseynov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseynov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra Namiq Hüseynov özünə tüfənglə atəş açaraq intihar edib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.