“ Erkən nikah və onun fəsadları”mövzusunda maarifləndirici tədbir keçirilib

27 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevirin bütün orta ümumtəhsil müəssisələrində “Erkən nigah” və onun fəsadları barədə maarifləndirici söhbətlər aparılıb. Yeniyetmə gənclərlə maarifləndirici söhbətlər apararaq erkən nikah probleminin bu gün cəmiyyətimin aktual problemlərindən biri olduğunu qeyd etmişik.
Maarifləndirici söhbətlərdə şagirdlərin diqqətinə erkən nikahlar uşaqların-həm qızların, həm də oğlanların inkişafına mənfi təsir göstərdiyi çatdırılıb.Çıxışımızda erkən nikahlar qızların təhsil almaq həvəsini və imkanlarını azaldır, bu eyni zamanda reproduktiv sağlamlığa da təhlükə yaratığı bildirilib. Həmçinin erkən nikahların körpə və ana ölümü hallarının çoxalmasına, qızların təhsil imkanlarının azalmasına, onların cəmiyyətdən təcrid olunmasına, daha çox fiziki zorakılığa məruz qalmasına səbəb olduğunu da diqqətə çatdırılıb . Ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır.
Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir. Qeyd olunub ki, tərz maarifləndirmə işlərinin yalnız uşaqlar və şagirdlər arasında aparılması ilə kifayətlənmək olmaz. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlərin, din xadimlərinin, bölgənin nüfuzlu adamlarının və valideynlərin cəlb edilməsinin, bu haqda insanlara düzgün məlumatlar çatdırılmasının vacibliyi lazımdır.
Eləcədə ölkəmizdə erkən nikah probleminin yaranmasının qarşısının alınması istiqamətində görülən işlər haqqında da şagirdlərə geniş məlumat verilib.
Tərəfimizdən o da bildirilib ki,problemin həll olunması üçün valideyn, müəllim, məktəb psixoloqlarının birlikdə əməkdaşlıq etmələrinin əhəmiyyəti önəmlidir.
Tədbirlərimiz yeniyetmə gənclərlə onların sualları ətrafında diskussiya şəkilində davam etdirilib.

Sevinc Hüseynova,
Mingəçevir Qeydiyyat şöbəsinin rəisi