Lənkəranda Prezidentə həsr olunmuş klipin təqdimat mərasimi keçirilib

19 Baxış

Turanmedia.az Djb.az-a istinadən xəbər verir .
Həqiqət Rzayeva adına Lənkəran Şəhər 2 nömrəli uşaq musiqi məktəbində Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevə həsr olunmuş klipin təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, giriş sözü ilə məktəbin direktoru Kamil Fərzullayev açaraq Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində qazandığı böyük tarixi Qələbəmizdən söz açmış sonra “Sənsən Görən Gözü Azərbaycanın” mahnısına çəkilmiş klipə baxış keçirilmişdir . Mahnının müəllifi Pedaqokika üzrə fəlsəfə doktoru Tükazban Cahangirova şeir haqqında məlumat verib. Mahnının ifaçısı Gənc müğənni Allahverən Pərvizoğlu öz cixisinda bildirib ki, qalib ölkənin gənci olaraq mahnini sevinclə, qürurla ifa edib. Tədbirdə Lənkəran səhər İctimaiyyət nümayəndələri, Pedaqoq Samirə Hüseynzadə, Mədəniyyət işçisi Xatirə Qəmbərova, Lənkəran Şəhər Bələdiyyəsinin birinci müavini Fəxrəddin Canıyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədr müavini Saleh Dostiyev, Qazilər Ağasəlim Camalov, Əhliman Quluzadə, Şəhid Anası Mənsurə Abbasova, Lənkəran Şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini Rəsidə Məmmədova, Lənkəran Şəhər 4 nömrəli humanitar təmayüllü məktəb liseyinin direktor müavinləri İlqar İsmayılov, və digər qonaqlar çıxış edərək Azərbaycanın şanlı ordusunun, qazandığı Zəfər sevincdən bəhs ediblər, mahninin müəllifiTükazban Cahangirovaya və İfaçı Allahverən Pərvizoğluna uğurlar arzulayıblar.

Hazırladı: Allahverən Pərvizoğlu