Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünyanın ən gözəl qadınının ADI AÇIQLANDI

108 Baxış

Dünyanın ən gözəl qadını seçilib. Mütəxəssislər Ember Xerdın ideal üz quruluşuna sahib olduğunu deyirlər.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə UNILAD məlumat yayıb. Londondakı Kosmetik və Plastik Üz Cərrahiyyəsi Mərkəzi dünyanın ən gözəl qadınını seçib.

Ətraflı
Mütəxəssislərin fikrincə, Hollivud aktrisası Ember Xerdin görünüşü “qızıl nisbət” qaydasına tam uyğun gəlir.

Mərkəzin həkimi Culiana De Silva araşdırma aparıb və Ember Xerdin üzünün tam mütənasib olduğunu müəyyən edib.

Qızıl nisbətin mahiyyəti nədir? Qızıl nisbət kiçik hissənin daha böyük ilə əlaqəli olmasıdır, çünki böyük olan bütövdür.

Qadınlar üçün nazolabial qıvrımın 90 dərəcədən çox olmasına üstünlük verilir. Alın xətti ilə burun körpüsü arasındakı bucaq isə 30-40 dərəcə olmalıdır. Ekspertlərin fikrincə, Xerd məhz belə nisbətlərə malikdir.

Bundan əlavə, mərkəzin mütəxəssisləri model Emili Ratakovskinin mükəmməl dodaqlara, aktrisa Skarlett Yoxansonun gözəl gözlərə, Kim Kardaşyanın isə ideal qaşlara malik olduğunu qeyd ediblər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678