Azərbaycanda bu hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam veriləcək

15 Baxış
Milli Məclisin növbədənkənar sessiyasında Apellyasiya Məhkəməsinin hakiminin səlahiyyətinə vaxtından əvvəl xitam veriləcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin iyulun 8-də keçiriləcək növbədənkənar sessiyasının iclasının gündəliyinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi salınıb.

Deputatlar məsələni müzakirə edərək müvafiq qərar qəbul edəcəklər.