Mingəçevir 11 illik musiqi məktəbinin böyük uğuru

183 Baxış

Turanmedia.az xəbər verir ki, Musiqi məktəbinin müəllimləri Bakı Musiqi Akademiyasının təşkil etdiyi ”Musiqiçilərin Pedaqoji Ustalığı” Beynəlxalq Müsabiqəsində uğur qazanıblar.

Azərbaycan Respublikasının Mədəniyyət və Təhsil nazirliklərinin təşkilati və informasiya dəstəyi ilə “Musiqiçilərin pedaqoji ustalığı” birinci beynəlxalq festival-müsabiqə keçirilib. Festivalda iş stajından və mövcud ixtisas kateqoriyasından asılı olmayaraq, yaş məhdudiyyəti olmadan bütün müəllimlər, müsabiqədə isə (festival çərçivəsində) 50 yaşa qədər müəllimlər iştirak edə bilərlər.

Müsabiqənin keçirilməsində məqsəd müxtəlif ölkələrin istedadlı musiqiçiləri arasında əlaqələrin yaxınlaşması və genişləndirilməsidir.

Müsabiqədə iştirak edən Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin Nəzəriyyə şöbəsinin müəllimləri Cəmilə Lətifova, Nigar Əliyeva “Solfecio və Musiqi Nəzəriyyəsi” nominasiyası üzrə, Xalq Çalğı Alətləri şöbəsinin müəllimləri Ramil İsgəndərov, Səttar Orucov “”Xalq Çalğı Alətləri””nominasiyası üzrə Bakı Musiqi Akademiyasının təşkil etdiyi “”Musiqiçilərin Pedaqoji Ustalığı””Beynəlxalq Müsabiqəsinin Diplomantı adına layiq görülüblər.

Esmira Hidayətova