Zəngilanın Baş planı hazırdır: bu cür olacaq

14 Baxış

İşğal dövründə tamamilə dağıdılan Zəngilan şəhərində ekosistemin bərpası üçün 20 min çinar ağacı, 1 000 kiloqrama yaxın palıd toxumu əkilib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

O bildiirlib ki, bunun əsas məqsədi ətraf mühitin bərpası və meşələrin qurulmasıdır:

“Bununla yanaşı, şəhərin Baş planı hazırlanıb. Plan hazırlanarkən şəhərin özünəməxsusluğu və təbiət qorunub saxlanılıb. Baş planın əsasını rahat yaşayış, yaşıl, təmiz və müasir innovasiyalar kimi şəhər yanaşmaları təşkil edir. Şəhərin özünəməxsus simasını formalaşdırarkən, Baş plan hazırlanarkən bölgənin memarlıq ənənələri araşdırılıb. Bunun əsasında tarixi mühitin qorunması ilə yanaşı müasir yanaşmalar da tətbiq edilib.

Şəhər proqresiv innovasiyalarla təchiz edilmiş azmərtəbəli binalar və fərdi yaşayış evlərindən ibarət olacaq. Gələcəkdə Zəngilan “Yaşıl şəhər” və “Ağıllı şəhər” konsepsiyalarına tam uyğun olacaq”.