Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Partlayış rabitə xidmətlərində fasilə yaradıb? – AÇIQLAMA

107 Baxış
Məlum olduğu kimi, ötən gün gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsində rabitə quyusunda partlayış baş verib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, şirkətin rabitə xidmətləri göstərməsində heç bir fasilə qeydə alınmayıb və ilkin monitorinqə əsasən rabitə infrastrukturuna ziyan dəyməyib. Hazırda aidiyyəti qurumlar hadisənin baş vermə səbəblərini müəyyən edir. Dəqiqləşdirilmiş məlumatlar əldə olunduqda aidiyyəti qurumlarla birgə ictimaiyyətə açıqlanacaq”, – deyə “Baktelecom” bəyan edib.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678