Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlandı

92 Baxış
2022-ci ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 21,7 milyard manat olmaqla 2021-ci ilin yanvar-may aylarına nisbətən müqayisəli qiymətlərlə 4,7 faiz artıb.

Turanmedia.az xəbər verir ki, bu barədə axar.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artaraq 20,9 milyard manata bərabər olmuş, onun 45,0 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 432,6 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 63,5 manat çox vəsait xərcləyib. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678