Türkiyəli ekspert “xəritə qalmaqalı”na aydınlıq gətirdi – SƏS YAZISI

9 Baxış
Sosial şəbəkədə türkiyəli hərbi ekspert, sosial elmlər doktoru, ehtiyatda olan polkovnik Eray Guçlülerin “Tvitter”dəki paylaşımı müzakirə mövzusuna çevrilib. Belə ki, Eray Güçlülerin paylaşdığı xəritədə Naxçıvan Muxtar Respublikası Türkiyənin sərhədləri daxilində göstərilib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Azvision.az məsələyə aydınlıq gətirmək üçün ekspertlə əlaqə saxlayıb. Eray Guçlüler bildirib ki, xəritədə Naxçıvan xırda olduğu üçün belə bir yanlışlıq baş verib. O, dərhal həmin paylaşımı silərək, yeni xəritə ilə əvəzləyərək yazıb ki, “Naxçıvan Azərbaycanındır və əbədi olaraq Azərbaycan qalacaqdır. Şəkil kiçik olduğu üçün Naxçıvan aydın deyildi. Heç kim başqa niyyət gözləməməlidir. Yaşasın Azərbaycan”.