Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir

242 Baxış

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin hüquq sistemində köklü islahatlar aparılmışdır. Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənərək həqiqi demokratik cəmiyyət yaradılmasına xidmət edən bu islahatlar ilk növbədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəlmişdir. Ölkənin 1995-ci ildə demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk demokratik Konstitusiyasının müddəalarının üçdə biri insan hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü prinsipi təsbit edilmişdir. Beynəlxalq ekspertlər tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən bu Konstitusiya Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, hüquqi islahatların aparılmasına zəmin yaratmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur.
Hüquq sistemi islahatı nəticəsində ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni üç pilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.
Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərman imzalamış, məhkəmə islahatı keyfiyyətcə yeni mərhələyə keçmişdir.
Son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkə regionlarının inkişafı məqsədi ilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradılmış, hakimlərin sayı 2 dəfə artırılmış, məhkəmə aparatlarının strukturu təkmilləşdirilmişdir. Ədliyyə Akademiyası yaradılaraq fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkənin ali konstitusiya ədalət mühakiməsi orqanı olmaqla Azərbaycan Konstitusiyasının aliliyini təmin edir. Eyni zamanda, ölkəmizdə aparılan islahatlar çərçivəsində qəbul edilmiş “Konstitusiya Məhkəməsi haqqında” 23 dekabr 2003-cü il tarixli qanuna əsasən pozulmuş hüquq və azadlıqların bərpası ilə bağlı vətəndaşların birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun həyata keçirilməsi mexanizmi müəyyən edilmişdir.
Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradovdur.
O, əmək fəaliyyətinə 1973-cü ildən başlamışdır. Həmin ildən 1979-cü ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışmışdır. 1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma” İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildən başlayaraq 2012-ci ilədək Prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləmişdır. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışmışdır.
16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tatixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif edilmişdir.
Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mahir Muradov bu işin müqəddəsliyini qoruyub saxlayır. Mahir Muradov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Mahir Müəllimlə Bağlı Eşitdiklərimdən və Bildiyim Qədər Mahir Muradovdan danışdılar yaxşı ki, Mahir Muradov Konstitusiya Məhkəməsinin hakimidir. Mahir Muradov öz isguzarlığı ilə tanınır və seçilir.
Mahir Muradov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq insandır.
Heç bir qüvvə Mahir Muradovu heç vaxt əqidəsindən döndərə bilməz.
Mahir Muradov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Mahir Muradov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
O, ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Onun böyüklüyü, sadəliyində və insanlara insani münasibətindədi!
Insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
P.S. Mahir müəllim, Djb.az kollektivi Sizə işlərinizdə uğurlar arzulayir.Sizin vətənə xidmətiniz goz önündədir. Fəaliyyətiniz dövründə Prezident İlham Əliyevin siyasətini dəstəkləyən azərbaycan ziyalılarından biri oldugunuz hər zaman diqqət mərkəzindədir.

Djb.az Fərid Şərifov


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678