Gömrük Komitəsinin vəzifəli şəxsi intihar etdi

14 Baxış
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi intihar edib.

Turanmedia.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nin sorğusuna cavab olaraq bildirilib ki, 13 iyul 2022-ci ildə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli Astara rayonu Rüdəkənar kəndində intihar edib.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.