Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kadr məsələlərində mürəkkəb problemlər var – Prezidentdən CİDDİ MESAJLAR

106 Baxış

“…Əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıblar.”

Azərbaycan Prezidentinin təəssüflə dediyi bu sözlər yarım ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndi. Söhbət iqtisadi məsələlər kontekstində getsə də, bu fikrin tutumu daha geniş və əhatəlidir. Təkcə iqtisadiyyatda yox, digər sahələrdə də etimadı doğrultmayan kadrlar olub. Dövlət başçısının dediyi kimi, yaranan problem “yerləşdirilən kadrlara” bağlıdır. Həqiqətən hər sahənin, nazirlik, komitə, idarə və təşkilatın vəziyyəti onun başında dayanan şəxslərdən çox asılıdır.

“…Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır. İnstitusional tədbirlər, əlbəttə ki, dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi.” (İlham Əliyev)

Bəli, məlum deyim var: “Hər şeyi kadrlar həll edir!” Dövlət idarəçiliyində kadrların seçilib yerləşdirilməsi bəlkə də ən mühüm və ən mürəkkəb məsələlərdəndir. Mühümlüyü ondadır ki, dövlətin gücü, nüfuzu, əhalinin güzəranı, insanların münasibəti vəzifələrə yerləşdirilən kadrların işgüzarlıq keyfiyyətindən, idarəetmə təcrübəsindən, biliyindən, bacarığından asılıdır. Mürəkkəbliyi isə ondadır ki, etibar göstərilib vəzifəyə təyin olunan kadrın keyfiyyəti bilavasitə onların hər birinin daxili aləmi, psixoloji durumu, əxlaqı, mənəviyyatı, mədəniyyəti ilə bağlıdır.

Bu səbəblərdən yerləşdirilmədəki seçim həmişə gözlənilən nəticəni verməyə bilər. İnsanın mənəvi ölçülərini, daxili aləmini, şəxsi özəlliklərini müəyyən edən elə bir “elektron nəzarət aparatı” olmadığından, problemin həlli asan deyil.

Hər hansı ciddi qurumun idarəçiliyi tapşırılan kadr əgər idarəetmədə təsadüfi, naşı adamdırsa, tapşırılan sahə haqqında anlayışı diletant səviyyəsindədirsə, əlbəttə, ondan keyfiyyətli nəticə gözləmək əbəsdir. Üstəlik peşə uyğunluğu olmayan beləsində dövlətçilik təfəkkürü, milli düşüncə də zəif olarsa, məsələ daha da qəlizləşir. Hətta bir az da dərinə getsək, düzlük, dürüstlük, əxlaq, etik davranış, şərəf, ləyaqət kimi son illərin pul-bazar fetişizmi şəraitində az qala “köhnəlmiş”, “arxaikləşmiş” sayılan dəyərlərə rəhbər kadrda etinasızlıq varsa… artıq o sahənin taleyi bəllidir!

Xislətin qəribəliyi ondadır ki, dövlət neqativlərin aradan qaldırılması üçün nə qədər kəskin tədbirlərə əl atırsa, yenə də “mənəm-mənəmlik”, “əlahiddəlik”, “toxunulmazlıq”, “hər qüdrətə qadirlik”, “sahiblənib mənimsəmək” iddialarının kökü kəsilmək bilmir. Sanki “yeri səhv düşən” kadrlar mahiyyət etibarilə də oxşardırlar. Hüquq-mühafizə orqanları, o cümlədən, DTX xətti ilə pozuntular aşkara çıxarılıb sərt cəzalar tətbiq edilsə də, görməmişlərə görk olmur. Tarixən bəşəriyyətin ən böyük problemlərindən biri sayılan “cinayət və cəza” tandemi həlli tapılmayan dilemma kimi davam edir…

Müşavirədə anoloji problemdən çıxış yolunu sistemli yanaşmada görən Azərbaycan Prezidenti “dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi” kimi “institusional tədbirlər”in vacibliyini qeyd etdi.

***

Son günlər Dövlət Gömrük Komitəsində sağlamlaşdırma yolunda sərt addımların atılması, komitənin idarə rəisi olan general-mayor daxil, bir sıra vəzifəli şəxslərin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılması, nəhayət Komitə sədrinin də Prezident tərəfindən vəzifədən azad edilməsi – kadr məsələlərindəki mürəkkəb problemlərin mövcudluğunu bir daha göstərdi. Mətbuata verilən açıqlamada bildirildiyi kimi, həbs olunan gömrük generalının vəzifə səlahiyyətlərindən şəxsi məqsədlər üçün istifadə etməsinə, digər vəzifəli şəxslər vasitəsilə müxtəlif adlar altında şirkətlərin hesabına pul köçürüb, sonra həmin vəsaiti nağdlaşdıraraq geri almasına, beləliklə külli miqdarda büdcə vəsaitini mənimsəməsinə, milyonlarla manat borc toplanmasına – təkcə sıradan bir kriminal hadisəsi kimi baxmayaq. Məsələnin daha dərin mənəvi qatları vardır…

Belə ki, yalnız yüksək səlahiyyətli vəzifə sahibinə, generala yox, ümumiyyətlə, hər kəsə etibar edib inanan insanın etibarından sui-istifadə – xalqımıza yad olan ağır mənəviyyat xətasıdır. Üstəlik sözügedən “zabit” cəbhə bölgəsindəki əsgərlər üçün nəzərdə tutulan siqaretləri belə mənimsəmək qədər aşağılıq addım atırsa, bu əməl generalın sıravi əsgərlərə vurduğu ziyandan çox, özünün “zabit şərəfinə” vurduğu ləkədir. Bu davranışın psixoloji izahı göstərir ki, adam çiynində fəxrlə general paqonu daşısa da, içində düzlük, dürüstlük, əxlaq, şərəf, ləyaqət kimi dəyərləri də “köhnə”, “arxaik” sayaraq daşımaq marağında olmayıb… Halbuki nəinki sivilizasiyalı demokratik cəmiyyətlərdə, hətta kriminal oğru aləmində belə həmin dəyərlərə riayət mühüm şərtlərdəndir.

Təbii, DTX-nın bu əməliyyatı yeganə deyil. Qanunvericiliyin pozulması ilə müşayiət olunan, vətəndaşların hüquqlarına, dövlətin mənafeyinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan cinayət əməllərinə qarşı tədbirlər qurum tərəfindən zaman-zaman həyata keçirilir.

Mənəviyyatlı insanların şərəfli həyat tərzinə dair tarixdə saysız-hesabsız ibrətamiz nümunələr var. Söhbətimizin axarında onlardan ikisini xatırlatmaq yerinə düşərdi.

…Türkiyə Cümhuriyyətinin Qurtuluş Savaşında unudulmaz qəhrəmanlardan biri də Albay Reşat Bəy Çiyiltəpədir. 1922-ci il Avqustun 26-da düşmənə son qəti zərbəni vurub Qurtuluş Savaşını qələbə ilə sona çatdırmaq üçün Baş Komandan Qazi Mustafa Kamal Paşa Atatürk “Böyük Taarruz” (hücum) planı hazırlayır. Cəsarətlə düşmən üzərinə yürüyən Türk əsgərləri hücumun ilk anlarından qətiyyətlə bir çox əraziləri azad edirlər. Ataürkün tapşırığı ilə 57-ci Alayın komandiri Albay (polkovnik) Reşat Bəyin diviziyası Çiyiltəpə adlanan mühüm bir yüksəkliyi düşməndən geri almalı idi. Bu cəsur komandiri Mustafa Kamal hələ Anafartalar döyüşündən tanıyırdı və ona çox güvənirdi.

Mənəviyyatlı insanların şərəfli həyat tərzinə dair tarixdə saysız-hesabsız ibrətamiz nümunələr var. Söhbətimizin axarında onlardan ikisini xatırlatmaq yerinə düşərdi.

…Türkiyə Cümhuriyyətinin Qurtuluş Savaşında unudulmaz qəhrəmanlardan biri də Albay Reşat Bəy Çiyiltəpədir. 1922-ci il Avqustun 26-da düşmənə son qəti zərbəni vurub Qurtuluş Savaşını qələbə ilə sona çatdırmaq üçün Baş Komandan Qazi Mustafa Kamal Paşa Atatürk “Böyük Taarruz” (hücum) planı hazırlayır. Cəsarətlə düşmən üzərinə yürüyən Türk əsgərləri hücumun ilk anlarından qətiyyətlə bir çox əraziləri azad edirlər. Ataürkün tapşırığı ilə 57-ci Alayın komandiri Albay (polkovnik) Reşat Bəyin diviziyası Çiyiltəpə adlanan mühüm bir yüksəkliyi düşməndən geri almalı idi. Bu cəsur komandiri Mustafa Kamal hələ Anafartalar döyüşündən tanıyırdı və ona çox güvənirdi.

Belə insanlardan biri də Şəkinin Baş Küngüt kənd sakini Hikmət Məhərrəm oğlu Musayev idi. O Hikmət kişi ki, müharibə vaxtı öz pensiyasından qəpik-qəpik topladığı 180 manat pulu aparıb Silahlı Qüvvələrə Yardım Fonduna bağışlamışdı, yadınızdadırmı?!

“Hər pensiya alanda az-az yığırdım, kənara 2-3 manat atırdım, – dedi o Kişi. – Televizorda cəbhə ilə bağlı görüntüləri, əsgərləri gördüm. Dayana bilmədim, dedim, yaşım o yaş deyil ki, cəbhəyə gedəm. Düşündüm ki, cəbhəyə yardım edim. Yığdığım pulu götürüb apardım, cəbhədəki əsgərlərə yardım etdim… Bu, lazımlı işdir. Niyə bizim uşaqlar erməni tapdağı altında qalsınlar ki? Burada təəccüblü heç nə yoxdur. Borcumdur, ürəyimdən gəlib, eləmişəm. “

Hikmət kişi ayaqqabısının yırtıq olmasına rəğmən orduya ianə etməsinə təəccüblənən müxbirə belə cavab vermişdi: “…İndi ayaqqabı almağın vaxtı deyil. Əsgərlərimizi düşünmək lazımdır. Canınız sağ olsun, belə şeylərə fikir verməyin… Allah əsgərlərimizi qorusun. Prezidentimizi qorusun. Türkiyəyə də Azərbaycana dəstək verdiyi üçün təşəkkür edirəm.”

***

Var-dövlətə, qızıla-pula, vəzifəyə həris görməmişlərin müasir bazar zəmanəsində “köhnəlmiş”, “arxaik”  sayaraq arxivə vermək istədikləri uca hisslərlə, ali duyğularla yaşayan insanlar belə olur! Hansı  daha şərəflidir: Prezidentin etimadından sui-istifadə edib rüşvətə, cinayətə, haram qazanca tamah salan, hətta əsgərə çatacaq yeməyi, içməyi, siqareti belə oğurlayıb özünə milyonlar yığan cılız mahiyyət daşıyıcısı… Yoxsa cırıq ayaqqabı ilə gəzsə də, son qəpiyini toplayıb cəbhədəki əsgərə yardım edən 71 yaşlı sadə kənd kişisi?! Harda ləyaqət hissi daha yüksəkdir: bəzənib-düzənib dövlətin rahat kabinetində əyləşərək, acgözlüklə o dövlətin, xalqın milyonlarını mənimsəyən bir gerizəkalının mahiyyətində… Yoxsa öz əlləri ilə çay daşlarından tikdiyi kasıb daxmada yaşayaraq, ruzisini halal zəhmətlə qazanan, doyunca  yeməyi-geyməyi olmasa belə, – “Yavan çörək də yeyib yaşamaq olar, cırıq ayaqqabı da geymək olar, təki torpaqlarımız azad olsun…” – deyən dərin zəkalı bir kənd kişisinin işıqlı qəlbində?!

Hansı ürək daha cəsurdur?

Hansı mənəviyyat qürurludur?

Hansına xalq rəğbət bəsləyib mərd Kişi deyər?…

İnsanlıq nümunəsinə dair belə ritorik suallar çoxdur. Ancaq cavab əlbəttə, birmənalıdır!  

Çünki düzlük, dürüstlük, əxlaq, şərəf, ləyaqət, qeyrət, mərdlik, sədaqət kimi ali insani dəyərləri  müasir dövrdə “köhnəlmiş”, “arxaik” sayan harın görməmişlər də bilsin ki, nə qədər insanlıq var, o ali dəyərlər hər zaman aktual olaraq qalacaqdır!


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678