Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputatdan özü haqda olan səhnəciyə reaksiya – “Komedixana” qalmaqalı

100 Baxış

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Etibar Əliyev Xəzər TV-də yayımlanan “Komedixana” layihəsi haqqında tənqidi fikirlər səsləndirmişdi.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, “Komedixana” komandası isə deputata səhnəciklə cavab verib.
Yayımlanan səhnəcikdə “Etibar müəllim də özünü pis güdürməyib” ifadələrinə yer verilib.

Məsələ ilə bağlı Ölkə.Az-a danışan millət vəkili Etibar Əliyev səhnəcikdən xəbərdar olduğunu deyib:

“Mənə dedilər ki, onlar belə bir şey paylaşıb. O qədər vaxtım yoxdur ki, onlara baxıb əsəbiləşim. Elə şeylərə baxmıram. Mən onların nəyinə baxım? Əslində, onların səhnədəki mədəniyyətini görürsünüz. Nə danışdıqlarını təxmini təsəvvür edirəm. Heç maraqlanmıram. Sadəcə, hesab edirəm ki, bu cür komediyalarla – bunun adı komediya deyil – şit-şit hərəkətlərlə auditoriyanı tutmaq olmaz”.

E.Əliyev səhnəcikdə barəsində deyilən ““Etibar müəllim də özünü pis güldürməyib” sözlərinə də münasibət bildirib:

“O qədər dərin adam deyillər ki, hər hansı bir sətiraltı ifadələri olsun. Onların səviyyəsinə uyğun sətiraltı nə ola bilər ki? “Özünü güldürmək” nə deməkdir? Ramiz Məlik onlara çox yaxşı cavab verib. O qədər səthi, dayaz adamlardır ki, nəsə gözləmirəm”.

Millət vəkili barəsində deyilənləri təhqir kimi qəbul edib-etmədiyi ilə bağlı isə suala isə belə cavab verib:

“Mən onlara teatrdan, komediyadan, pyesdən saatlarla mühazirə oxuyaram. O şeyləri çox yaxşı bilirəm. Gəlsinlər, onlara saatlarla mühazirə deyim, bir az savadlansınlar”, – deyə o söyləyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678