Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bərdə rayon Lənbəran kəndində insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə konsert proqramı təşkil olunub

255 Baxış

Turanmedia.az xəbər verir ki, Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Bərdə rayon Lənbəran kəndində bir neçə kənd mədəniyyət müəssisələrinin iştirakı ilə Qarabağ müharibəsi qazilərinin və kənd sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə “Tarix yazan qəhrəmanlar” adlı tədbir keçirilib.

Əvvəlcə regional idarənin rəhbərliyi və əməkdaşları Lənbəran kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüb.

Qazilərin və kənd sakinlərinin mədəni istirahətinin yüksək səviyyədə təşkil olunması məqsədilə keçirilən tədbirdə iştirak edən regional idarənin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, ziyalılar və kənd sakinləri əvvəlcə təşkil olunmuş kitab sərgisi, qədim əşyaların və yaradıcı insanların əl işləri, milli adət-ənənələrimizi özündə əks etdirən sənət nümunələrindən ibarət sərgiyə baxış keçiriblər.

Əvvəlcə tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra regional idarənin rəisi Vəsilə Möhsümova, şəhid ailələri, qazilər, kəndin ziyalıları və ağsaqqalları çıxış edərək qeyd ediblər ki, bu kimi tədbirlərin keçirilməsi insanlarda yüksək əhval-ruhiyyə yaradır və insanların mədəniyyət sahəsinə olan marağını daha da artırır. Eyni zamanda keçmişdən qalan milli irsimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin təbliğ olunmasında və gənc nəslə çatdırılmasında bu cür tədbirlər müstəsna əhəmiyyət daşıyır. Əhalinin asudə vaxtının səmərəli təşkil olunması və onlara göstərilən mədəni xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Bərdə Regional Mədəniyyət İdarəsinin Tədbirlər Planına uyğun olaraq belə tədbirlərin davamlı keçirilməsi nəzərdə tutulub.

Tədbir iştirakçıları mədəniyyət işçiləri tərəfindən hazırlanmış milli mətbəximizə aid təamların dadına baxıblar. Həmçinin, tədbirdə Qarbağ atları nümayiş olunub və gənclər arasında keçmişdən süzülüb gələn milli oyunlarımız keçirilib.

Tədbirdə mədəniyyət evlərində fəaliyyət göstərən rəqs dərnəyinin üzvləri maraqlı nömrələrlə çıxış etmiş, rəngarəng musiqi nömrələri, yaradıcı insanlar və uşaqlar tərəfindən müxtəlif mövzularda şeirlər səsləndirilib.

Mədəniyyət müəssisələrində, istirahət və əyləncə parklarında əhalinin mədəni istirahətinin təmin olunması məqsədilə keçirilən bu cür tədbirlər insanlar tərəfindən böyük coşqu ilə qarşılanır.

 

Esmira Hidayətova / Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678