Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Temperatur enəcək, yağış yağacaq – Xəbərdarlıq

94 Baxış

Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək.

Turanmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”a verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, 20-22-də isə arabir 23-28 m/s olacaq.
Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.

Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678