Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

YAP Biləsuvar rayon təşkilatı jurnalistlərlə görüş keçirdi

118 Baxış

22 İyul – Milli Mətbuat Günü münasibətilə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı mətbuat nümayəndələri ilə görüş keçirib.

Turanmedia.az “Bilesuvarinfo”ya istinadən xəbər verir ki, tədbirə yerli “Məhsul” qəzetinin və “bilesuvarinfo.az” saytının kollektivi, rayon Mətbuatyayımı idarəsinin, “ARB” telekanalının, “report.az” saytının təmsilçiləri və rayonun veteran mətbuat işçiləri dəvət almışdılar.
Tədbiri giriş nitqi ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı media nümayəndələrini rayon təşkilatı adından səmimi-qəlbdən təbrik edərək fəaliyyətlərində uğurlar arzuladı. Əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşri ilə qoyulan Milli mətbuatımızın zəngin inkişaf yolu keçdiyini vurğulayan K. Qurbanlı yaranmasının 147-ci ildönümünündə mətbuatın keçdiyi yolu, Azərbaycanda mətbuat fədailərinin xidmətlərini şərh etmiş və müstəqillik illərində mətbuatımızın formalaşmasından danışdı: “ “Əkinçi” qəzeti ilə başlanan bu yolun müstəqillik dövründə də uğurla davam etdirildi. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılıb, mətbuat üzərində senzuranın ləğv edilib. Bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin qanunvericilik bazası təkmilləşdirilir, fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ölkə rəhbəri milli medianın inkişafını prioritet istiqamətlərdən biri kimi qəbul edir və daim diqqət mərkəzində saxlayır.”

44 günlük Vətən müharibəsi dövründə mətbuatın rolunu önə çəkən natiq, ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərəfədə beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibə və şərhlərin önəmindən danışdı.

Tədbirdə KİV nümayəndələrindən Qənbər Bağırov, Surxay Şahbazov, Rəşadət Əsgərov, Samir Qurbanov və Tural Nəsirov çıxış edərək mətbuatımızın keçmişi, bu günü və gələcəyindən danışdılar. Ziyalılar – Seyidağa Quliyev, Rüstəm Əliyev, Mirzə Əzizov, Zakir Qaraşov, Mirzə Cəfərov və Rayon İcra Hakimiyyətinin əməkdaşı Ramil Həsənzadə mətbuatın çəmiyyətdə olan rolundan, respublikamızda bu sahəyə göstərilən dövlət qayğısından söz açıb, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi apardılar. Biləsuvar rayonunda mətbuatın tarixinə ekskurs edən veteran mətbuat nümayəndələri mətbuat sahəsində keçilmiş uzun yola nəzər saldılar. Tədbirin təşkilinə görə YAP rayon təşkilatına minnətdarlıqlarını ifadə edərək bu tədbirin partiyanın mətbuata verdiyi dəyər olduğunu bildirdilər.

Səmimi şəraitdə keçən görüşdə YAP rayon təşkilatının sədri mətbuat sahəsində çalışan hər bir şəxsin informasiya təhlükəsizliyi məsələlərində dövlətimizin və cəmiyyətimizin maraqlarının qorunmasının böyük önəm daşıdığını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkildi.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678