Zakir Həsənov: “Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”

9 Baxış

“Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”.

Turanmedia.az “Ölkə.az”a istinadən xəbər verir ki, bu fikirlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ordu birliyinin şəxsi heyətə ünvanlanan təbrik məktubunda yer alıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Silahlı Qüvvələrimizin möhtəşəm Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra da respublikamızın ərazi bütövlüyünün, təhlükəsizliyinin daha etibarlı müdafiəsi, qorunması, qalib Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

 

Bütün sərhəd boyunca yerləşdirilən hərbi hissələrin maddi-texniki bazası möhkəmləndirilir, ən müasir hərbi texnika, silah və sursatlar alınır, yeni hərbi şəhərciklər inşa edilir, qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadir əməliyyat komando hərbi hissələri fəaliyyətə başlayır, şəxsi heyətin mənəvi-psixoloji təminatının yüksəldilməsinə, Vətən müharibəsinin qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsinə xüsusi önəm verilir.

 

İşğaldan azad edilən Kəlbəcər rayonuna səfəri çərçivəsində yeni yaradılan əməliyyat komando hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunması münasibətilə keçirilən təntənəli mərasimdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Azərbaycan Ordusu daha güclüdür: həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq… Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq yerindədir!” Bunu heç kim unutmasın”.

 

Vətən müharibəsinin başa çatması ilə yaranmış şəraitə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə müdafiə və mühafizənin təşkili, Azərbaycan Ordusunun qarşısında qoyulmuş döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirməsini təmin etmək məqsədilə bir il əvvəl – 2021-ci il iyulun 24-də yaradılmış Ordu birliyinin ildönümünə həsr olunmuş təntənəli mərasimdə bu və ya digər aktual məsələlər barədə ətraflı söhbət açılıb.

Əvvəlcə Müdafiə Nazirliyinin və Ordu birliyinin rəsmiləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, xidmətlə fərqlənən hərbi qulluqçulardan bir qrupu qərargah binasının qarşısında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılan abidəni ziyarət edərək qarşısına qızılgül çələngi qoyub, güllər düzüb, ehtiramlarını bildiriblər.

Əsgər klubunda keçirilən tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni ifa edilib.

 

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov şəxsi heyəti salamlayaraq deyib: “Bu gün Azərbaycan Ordusunun həyatında daha bir əlamətdar hadisənin şahidiyik. Bir il əvvəl müdafiə nazirinin müvafiq əmri ilə yaradılan Ordu birliyinin ildönümünü qeyd edirik. Ötən il ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Müdafiə Nazirliyinin rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunan bu Ordu birliyində həyata keçirilən məqsədyönlü tədbirlər, zabit və gizirlərin öz xidməti vəzifələrini böyük həvəslə yerinə yetirməsi, əsgərlərimizin içdikləri Hərbi Anda sadiqliyi, hərbi nizamnamələrin tələblərinə uyğun olaraq xidmətin düzgün təşkili deməyə imkan verir ki, bu Ordu birliyi də, heç şübhəsiz, yaxın gələcəkdə Azərbaycan Ordusunun lider hərbi hissələrindən birinə çevriləcək

 

General-mayor E.Xəlilov tədbirdə iştirak edən şəhid analarına müraciətlə bildirib ki, sizin kədəriniz hər birimizin kədəridir. Şəhidlərimizin müqəddəs ruhları qarşısında bir daha ehtiramla baş əyir, Vətənə belə igid oğullar bəxş etdiyinizə görə sizlərə minnətdarlığımızı bildirərək əllərinizdən öpürük. Təsəllimiz ondadır ki, şəhidlərimizin intiqamını döyüş meydanlarında vuruşaraq aldıq, unudulmaz şəhidlərimizin qanı yerdə qalmadı. Bu tədbirdə iştirak edən hər bir əsgər də, hər bir zabit də sizin övladlarınızdır. Qəhrəman oğullarımızın davamçıları olan bu gənclər Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar. Lazım gələcəksə, onlar yenə də döyüş meydanlarına atılaraq şəhidlərimizin ruhlarını bir daha şad edəcəklə

 

General-mayorun söylədiyi “Əziz qazilərimiz, siz canlı, şanlı, yaşayan əfsanələrsiniz. Vətən və qədirbilən xalqımız sizin xidmətlərinizi heç vaxt unutmayacaq. Siz həmişə sıralarımızdasınız. Dünən də bir yerdə idik, bu gün də bir yerdəyik, gələcəkdə də bir yerdə olacağıq. Həm dövlətimiz, həm də hər bir Azərbaycan vətəndaşı Sizinlə fəxr edir, mərdlik və şücaətinizdən qürur duyuruq” fikirləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanı

 

Sonra general-mayor E.Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi heyətə ünvanlanan təbrik məktubunu tədbir iştirakçılarının nəzərinə çatdırı

 

Təbrik məktubunda deyilir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin memarı olduğu müasir mütəşəkkil Azərbaycan Ordusu Ulu Öndərin ənənələrini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənərək qalib ordu səviyyəsinə yüksəlib. Respublikamızın müstəqilliyinin təminatçısı olan Ordumuz bu gün istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir.