Azər Zahid hörmətsizlik etdiyi qazidən üzr istədi

8 Baxış

Ötən gün aparıcı Azər Zahidin sosial şəbəkələrdə qazi Amil Əliyevlə qalmaqallı videosu yayılıb. Görüntülərdə aparıcının görmə məhdudiyyətli qaziyə zərf verərək “Sən onsuz da saya bilməyəcəksən” sözlərini deməsi insanların qınaq obyektinə çevrildi.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu haqda açıqlama verən aparıcı Tiktokda canlı yayım açaraq baş verənlərə aydınlıq gətirəcəyini bildirmişdi. Ötən gecə Azər Amili canlı yayıma dəvət edərək bütün söz-söhbətələrə son qoyub.

Yaranmış vəziyyəti izah edən aparıcı Amilin ondan incimədiyini deyib və ondan dəfələrlə üzr istəyib.

Xatırladaq ki, Amil İkinci Qarabağ müharibəsində yaralanaraq iki gözünü itirib. O, düşmən postunda minaya düşərək ağır yaralanıb və 3 gün komada qalıb.