Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Banuçiçəyin ən böyük arzusu həkim olmaqdır.

211 Baxış

Əkbərli Banuçiçək 2012-ci ildə Mingəçevir şəhərində anadan olub. 2015-2018-ci illərdə Mingəçevirdə yerləşən 12 saylı bağçada tərbiyə alıb. Hələ bağçada ikən müəllimləri onun necə istedadlı olduğunu anlamışdılar. 2018-ci ildə Mingəçevir 10 nömrəli məktəbin 1-ci sinfə qədəm qoyur. Banuçiçək hər zaman öz uğurları ilə müəllimlərini sevindirib.

Turanmedia.az xəbər verir ki, dəfələrlə Kür hazırlıq, Edu grata Hədəf kurslarının keçirdiyi sınaq imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək qalib olub. Banuçiçək deyir ki,ən çox sevdiyi fənn riyaziyyat fənnidir. Böyüyəndə həkim olmaq istəyir özü də cərrah ,ona görə də dərslərini yaxşı oxuyur ki,böyüyəndə arzusu kerçəkləşsin.
2021-ci ilin noyabr ayında Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkil etdiyi Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasında 96 baldan 70 bal toplayayaq şəhər üzrə 3-cü yerə layiq görülüb. Banuçiçəyə uğurlar arzulayırıq.

 

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678