Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müharibələr niyə başlayır? – “Yağlı qurbanlara” ehtiyac var (AÇIQLAMA)

99 Baxış

2020-ci ildə “pandemiya” adlanan bəlanın dünyada məntiqsiz, hətta cinayətkarcasına pis idarə edilməsinin böyük böhrana, böhrandan çıxmaq üçün isə lokal, proksi, hibrid müharibələrə səbəb olacağını, bunun nəticəsində isə Dünyada yeni oyun qaydalarının yaranacağını dəfələrlə qeyd etmişəm.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, pandemiyanı əsas gətirərək dünya ölkələri 2020-21-ci illərdə 17 trilyon dollar pul çap edib “səpdilər”, nəticədə dünyada inflyasiya, qiymət artımı tüğyan etdi, bundan başqa bütün ölkələrin borcu artdı. Dünyanın ümumi ÜDM-i illik 80-85 trilyon dollar olmasına baxmayaraq qlobal borc həcmi 2022-ci ilin yanvarın əvvəlinə 226 trilyon dollara qalxıb. Ölkələrin tək dövlət borcu (biznesi nəzərə almadan) 2022-ci ilin əvvəlinə 72 trilyon dollar idi. Ən çox borcu olan ölkələr ABŞ və Avropa ölkələridir:

“Bu qədər borcu, obrazlı desək, “işləyib-qaytarmaq” mümkün deyil, qlobal böhrandan ancaq müharibələrlə çıxmaq, kimlərisə (bəzi ölkələri) “yeməklə” həll etmək olar. Bir tək Rusiyanı “yolmaqla” bu boyda böhrandan çıxmaq mümkün deyil, əlavə “yağlı qurbanlara” ehtiyac var. Yaxud da böyük bir xaos lazımdır ki, dünyada yeni bir dövr başlasın. Bunun üçün tək Ukrayna savaşı azdır – yeni “Helsinki-1975″ üçün bir neçə bölgə də alovlanmalıdır”.

“Lakin sonda mütləq qlobal masa qurulacaq, o masada davam edən “3-cü dünya savaşının” və “soyuq müharibənin” nəticələri hüquqi rəsmiləşəcək. O masada əvvəl qurulmuş ittifaqlar həlledici olacaq – Azərbaycanın Türkiyə ilə de-jure, Britaniya və İsrail ilə de-facto yaratdığı ittifaqlar bizim çox dadımıza çatacaq”, – deyə N. Cəfərli əlavə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678