Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin məzunlarına attestatlar təqdim olunub.

106 Baxış

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin məzunlarına attestatlar təqdim olunub. Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar Təhsil Kompleksində 2021/2022-ci tədris ili üzrə məzunların bir qisminə “Tam Orta Təhsil Haqqında Attestat”ları təqdim olunub. Attestatları təqdim edən Kompleksin icraçı direktoru Aqşin Bağırov məzunları təbrik edərək, onların qarşıda böyük uğurlar qazanacağına əminliyini ifadə edib .

Qeyd edək ki, məzunlardan bir neçəsi “Fərqlənmə Attestatı”na, bir nəfər “Qızıl Attestat”a və “Qızıl Medal”a layiq görülmüşdür.

Turanmmedia.az olaraq, biz də hər il yüksək nəticələri ilə respublikaya səs salan Təhsil Kompleksinin pedoqoji kollektivinə və istedadlı məzunlarına uğurlar diləyirik. Xoş soraqlarınızı paylaşmaq diləyi ilə…


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678