Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan itkin düşən əsgərimizi geri qaytardı

126 Baxış

Ermənistan 2 avqustda Azərbaycana əsgər K.İbayevi təhvil verib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan MN-in mətbuat katibi Aram Torosyan məlumat yayıb.

Bildirilib ki, 23 iyul saat 13:30-da Göyçə mahalında, sərhəddə (Kəlbəcərlə sərhəd) erməni hərbçilər azərbaycanlı əsgərə rast gəliblər. Məlum olub ki, K.İbayev yolu azıb.

İbayev Azərbaycana Rusiya sülhməramlı kontingentin vasitəçiliyi ilə qaytarılıb.

Qeyd edək ki, 23 iyulda Azərbaycan MN əsgər Kamiz Mübariz oğlu İbayevin Kəlbəcər rayonu ərazisində itkin düşdüyünü açıqlamışdı.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678