“Qisas” əməliyyatı ilə bağlı mətbuat konfransı keçirildi – Video

7 Baxış

Azərbaycan Ordusunun avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı apardığı “Qisas” əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov əməliyyatın detallarını açıqlayıb.