Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kəlbəcərdə hərbçimiz minaya düşərək həlak oldu

104 Baxış

Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əsgər oğlu Əliyev həlak olub.

Turanmedia.az xəbər verir ki, bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

“Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!” – məlumatda qeyd edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678