Buzduxun Ordumuz üçün strateji əhəmiyyəti – Ekspert

18 Baxış

Buzdux dağının və ətrafındakı yüksəkliklərin nəzarətimizə keçməsi qəhrəman Silahlı Qüvvələrimizin növbəti möhtəşəm uğurudur.

Turanmedia.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bunun ölkəmiz və Silahlı Qüvvələrimiz üçün strateji əhəmiyyətindən bəhs edib:

“Buzdux dağının və ətrafındakı yüksəkliklərin nəzarətimizdə olması Ordumuzun Ağdaban kəndi, Suqovuşan və Sərsəng su anbarı, eyni zamanda Vəng istiqamətində atəş və müşahidə imkanlarını kifayət qədər genişləndirir. Bununla yanaşı, birbaşa Murovdağ istiqamətində çıxışımız təmin olunur və keçirilən əməliyyatın əhəmiyyəti odur ki, Silahlı Qüvvələrimiz heç bir itki vermədən sözügedən yüksəklikləri işğaldan azad edib. Bu, Ordumuzun mənəvi-psixoloji vəziyyətinə kifayət qədər müsbət təsir edən amildir. Bundan sonra da qəhrəman Azərbaycan Ordusu yeni uğurlara imza atacaq və düşmənin təxribatlarına layiqincə cavab verəcəyinə əminəm”.