Güclü yağışdan sonra Gəncəyə dolu düşüb

15 Baxış

Gəncəyə dolu yağıb.

Turanmedia.az Apa-ya istinadla xəbər verir ki, bu gün axşam saat 21 radələrində güclü yağışdan sonra şəhərə dolu düşüb.

Təxminən 10-15 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib.

Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.